M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Səsimiz Səsindir, Humay!" adlı xeyriyyə axşamı keçirilib.
Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov eləcə də Taleh Yahyayev, Sərxan Bünyadzadə, İsmayıl Zeynalov, Fərid Zeynalov, Nihad Orucov çıxış ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Musiqi və xeyriyyəçilik məqsədi ətrafında birləşən bu xüsusi axşam iştirakçılara xoş anlar yaşadıb, musiqinin birləşdirici gücünü və xeyirxahlığın əhəmiyyətini bir daha nümayiş etdirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)