Xanəndə Səbinə Ərəbli doğum gününü yaxınlarının əhatəsində təmtəraqlı şəkildə qeyd edib.
Milli.Az xəbər verir ki, sənətçi özəl günündə ailə üzvlərini və dostlarını bir araya toplayaraq məclis təşkil edib. Gecənin diqqət çəkən məqamlarından biri isə həyat yoldaşı, aparıcı İbrahim Azərinin xanımı haqqında səsləndirdiyi fikirlər olub.
İbrahim Azəri müsahibəsi zamanı Səbinə Ərəblidən danışaraq onu "O mənim sənətkarımdır" sözləri ilə xarakterizə edib.
Cütlüyün məclis zamanı birlikdə rəqs etdiyi anlar da lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılaraq izləyicilərin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)