Şəkərli diabet dedikdə ilk növbədə qanda şəkərin səviyyəsinin yüksəlməsi yada düşür. Lakin bu xəstəliyin fəsadları ürək, böyrəklər, qan damarları və digər orqanlara da təsir göstərə bilər. Üstəlik, tip 2 şəkərli diabet uzun illər ərzində ciddi əlamətlər olmadan inkişaf edə bilər. Bu səbəbdən bəzi insanlar xəstəlikdən yalnız müəyyən fəsadlar yarandıqdan sonra xəbər tuturlar.
Bu gün şəkərli diabetin müalicəsinə yanaşma dəyişir. Müasir tibbdə əsas məqsəd yalnız qanda qlükozanın səviyyəsini tənzimləmək deyil, həm də xəstəliyin ağırlaşmalarının qarşısını almaq, ürək-damar sisteminin və böyrəklərin sağlamlığını qorumaq, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Məhz şəkərli diabetin müalicəsində yeni metodlar və müasir terapevtik yanaşmalar 14-15 noyabr tarixlərində Bakıda keçirilən II Azərbaycan-Türkiyə Diabet Günlərinin əsas mövzusu olub. Konfransın ilk günü Ümumdünya Diabet Gününə təsadüf edib.
İki gün davam edən konfransda Azərbaycan və Türkiyədən olan mütəxəssislər şəkərli diabetin müalicəsində son yenilikləri, müasir insulin terapiyasını, insulin istifadə olunmadan aparılan müalicə üsullarını, yeni nəsil dərman vasitələrini və diabetin ağırlaşmalarının qarşısının alınmasına yönəlmiş yanaşmaları müzakirə ediblər. Erkən diaqnostikanın əhəmiyyəti və hər bir pasiyent üçün fərdi müalicə strategiyasının seçilməsi də diqqət mərkəzində olub.
Azərbaycan Endokrinologiya Cəmiyyətinin sədri, həkim-endokrinoloq Gülay Həsən şəkərli diabetin erkən aşkarlanmasının xəstəliyin və onun ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynadığını bildirib.
"Tip 2 şəkərli diabet uzun illər ərzində inkişaf edə bilər. Bu müddətdə insan insulinə rezistentlik və prediabet mərhələlərindən keçir. Təəssüf ki, bir çox pasiyentlər bunu ciddi qəbul etmirlər. Halbuki xəstəliyin qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Buna görə də erkən diaqnostika son dərəcə vacibdir", - deyə Azərbaycan Endokrinologiya Cəmiyyətinin sədri, həkim-endokrinoloq Gülay Həsən bildirib.
Konfransda müzakirə olunan mühüm məsələlərdən biri də tip 2 şəkərli diabetlə artıq çəki və piylənmə arasındakı əlaqə olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Azərbaycanda yetkin əhalinin 25 faizindən çoxu piylənmədən əziyyət çəkir, 62 faizindən çoxunda isə artıq çəki və ya piylənmə müşahidə olunur.
Orqanizmdə piy toxumasının həddindən artıq toplanması insulinə həssaslığı azalda və tip 2 şəkərli diabetin yaranma riskini artıra bilər. Buna görə də bədən çəkisinin idarə olunması xəstəliyin profilaktikası və müalicəsinə kompleks yanaşmanın vacib hissələrindən biri hesab olunur.
Son illərdə şəkərli diabetin dərman müalicəsində mühüm yeniliklər baş verib. Ənənəvi müalicə üsulları ilə yanaşı, semaqlutid və tirzepatid kimi təsiredici maddələrə əsaslanan müasir müalicə vasitələri də tətbiq edilir.
Azərbaycan Endokrinologiya Cəmiyyətinin sədri, həkim-endokrinoloq Gülay Həsənin sözlərinə görə, müasir müalicədə əsas məqsəd yalnız qanda şəkərin səviyyəsini azaltmaq deyil, həm də pasiyentin ümumi sağlamlıq vəziyyətini nəzərə almaqdır.
"Bu gün şəkərli diabetin müalicəsində məqsəd yalnız qanda şəkərin səviyyəsini azaltmaq deyil. Müalicə seçərkən pasiyentin yanaşı xəstəliklərini və diabetin ağırlaşmalarını da nəzərə alırıq. Məsələn, pasiyentdə piylənmə, ürək və ya böyrək problemləri varsa, elə müalicə seçilməlidir ki, həm qlükozanın səviyyəsinə nəzarət olunsun, həm də bu xəstəliklərin gedişinə müsbət təsir göstərilsin", - deyə Azərbaycan Endokrinologiya Cəmiyyətinin sədri, həkim-endokrinoloq Gülay Həsən vurğulayıb.
Müasir müalicə imkanlarının genişlənməsi ilə yanaşı, onların pasiyentlər üçün əlçatanlığının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq biotexnologiya şirkəti GEROPHARM II Azərbaycan-Türkiyə Diabet Günlərinin tərəfdaşlarından biri olub.
Şirkət Azərbaycanda endokrinologiya istiqamətini inkişaf etdirir və müasir müalicə imkanlarının genişləndirilməsinə diqqət yetirir. GEROPHARM-ın fəaliyyətinin əsas istiqamətlərindən biri innovativ terapiya üsullarının pasiyentlər üçün daha əlçatan olmasına töhfə verməkdir.
GEROPHARM-ın konfransda iştirakı tibb mütəxəssisləri arasında peşəkar əməkdaşlığın və təcrübə mübadiləsinin dəstəklənməsinə, eləcə də xroniki xəstəliklərin müalicəsində müasir yanaşmaların inkişafına yönəlmiş fəaliyyətinin davamı olub.
Konfransın əsas mesajlarından biri müasir diabet müalicəsinin yalnız qanda şəkərin səviyyəsinə nəzarətlə məhdudlaşmaması olub. Erkən diaqnostika, fərdi seçilmiş müalicə və ağırlaşmaların profilaktikası xəstəliklə bağlı risklərin azaldılmasında və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsinin tibbi ictimaiyyəti tərəfindən geniş istifadə olunur.
Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Şirkət hazırda şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini genişləndirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını artırmağa davam edir.
Əlavə məlumat üçün: