Bu avtobusun marşrutu müvəqqəti dəyişdirildi

16 Noyabr 2026 14:20

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib", - məlumatda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)