Uzun müddətdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu okeanın o tayındakı fəaliyyəti və gündəlik məşğuliyyəti barədə açıqlama verib.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə aparıcı Fərid Rəsulla söhbəti zamanı danışıb. O bildirib ki, Amerikada da musiqi fəaliyyətini davam etdirir, müxtəlif ştatlarda keçirilən toy və ad günü mərasimlərinə dəvət alır.
Elariz Məmmədoğlu Nyu-Yorkda isə restoran biznesi ilə məşğul olduğunu və öz işini idarə etdiyini söyləyib.
"Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm", - deyə müğənni bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)