Xorvatiya millisinin kapitanı Luka Modriç milli komandada meydana çıxdığı oyunların sayına görə argentinalı ulduz Lionel Messi ilə eyni göstəriciyə sahib olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu nəticəyə noyabrın 15-də Millətlər Liqasının qrup mərhələsinin VI turunda Çexiya ilə keçirilən görüşdə imza atıb. Xorvatiya yığması rəqibini 2:1 hesabı ilə məğlub edib. Həmin qarşılaşma Modriç üçün milli komandada 208-ci oyun olub.
Beləliklə, xorvatiyalı futbolçu bu göstəricidə Lionel Messiyə çatıb.
Qeyd edək ki, milli komandaların tarixində ən çox oyun keçirən futbolçu Kriştianu Ronaldudur. Portuqaliya millisinin hücumçusu indiyədək 234 matçda forma geyinib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)