Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü

16 Noyabr 2026 12:59

Bakıda 68 yaşlı kişi metroda ölüb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında baş verib.

Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından ölüb.

Xətai Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)