Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu

16 Noyabr 2026 12:40

İordaniyada "Telegram" messencerinin fəaliyyəti bloklanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, "Telegram" ekstremizm və radikalizmin yayılması, eləcə də kibercinayətlərin törədilməsi üçün istifadə olunur. Qurum platformanın bu fəaliyyətlərdə rolunun milli təhlükəsizliyə təsir göstərdiyini əsas gətirərək onun ölkə ərazisində bloklandığını açıqlayıb.

Qeyd edək ki, "Telegram" 2013-cü ildə rusiyalı sahibkar Pavel Durov və onun qardaşı Nikolay Durov tərəfindən yaradılıb. Bulud əsaslı mesajlaşma platformasının təsisçisi və baş icraçı direktoru Pavel Durovdur. Şirkətin baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)