Fuad Nəcəfli uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
Milli.Az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında Prezidentin keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda keçirilən toy mərasimlərindən birində iştirak edib.
Yayılan fotoda Fuad Nəcəfli ilə yanaşı, tanınmış jurnalist Seymur Verdizadə də yer alıb.
Qeyd edək ki, Fuad Nəcəfli 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)