İsmayıllı rayonunda uzun illər müəllim kimi fəaliyyət göstərən Nizami Osmanov vəfat edib.
Milli.Az xəbər verir ki, o, əmək fəaliyyətinə rayonun İstisu və Qalacıq kənd məktəblərində müəllim kimi başlayıb. Bu müddətdə bilik və bacarığını şagirdlərindən əsirgəməyib.
Təşkilatçılıq qabiliyyəti və işinə məsuliyyətli yanaşması sayəsində Nizami Osmanov daha sonra 7 il Balık kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyətinin sonrakı illərini isə Üştalıqışlaq kənd orta məktəbi ilə bağlayıb. O, təqaüd yaşına qədər həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışaraq təhsil sahəsinə xidmət edib.
Nizami Osmanovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının və yüzlərlə şagirdinin qəlbində daim yaşayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)