Ermənistan telekanalının efirində siyasi debat zamanı qalmaqal yaşanıb. İqtidaryönümlü bloger, "Respublika" partiyasının üzvü Arutyun Mkrtçyanla müxalifətçi, "Politik.am" nəşrinin redaktoru Boris Murazi arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisə Ermənistanın "İctimai" telekanalında yayımlanan debat proqramı zamanı baş verib.
Məlumata görə, münaqişənin səbəblərindən biri Murazinin yezidi əsilli olmasının müzakirə zamanı qabardılması və onun haqqında qeyri-etik şayiələrə eyham vurulması olub.
Debat iştirakçıları bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Mkrtçyanın Murazinin valideynlərini təhqir etməsindən sonra tərəflər arasında mübahisə daha da kəskinləşərək əlbəyaxa davaya çevrilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)