Məktəblərdə payız tətili başladı

16 Noyabr 2026 09:57

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

Milli.Az xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq.

Payız tətili həmçinin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)