Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü

16 Noyabr 2026 09:36

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub.

Milli.Az xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub.

Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı mişar daşları ilə hörülmüş hasarın altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)