Fransalı qapıçı Uqo Lyoris peşəkar karyerasında 1000-ci matçına çıxaraq futbol tarixində əlamətdar göstəriciyə imza atıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı qolkiper bu nailiyyətə çatan ilk fransalı futbolçu kimi tarixə düşüb.
Lyoris yubiley oyununu "Los-Anceles"in heyətində "Los-Anceles Qalaksi"yə qarşı keçirib. MLS çərçivəsində baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Qapıçı karyerası ərzində Fransa millisinin formasında 145, klub səviyyəsində isə 856 matçda meydana çıxıb. ABŞ-yə yollanmazdan əvvəl 2012-2023-cü illərdə "Nitsa", "Lion" və "Tottenhem" klublarında çıxış edib.
Qeyd edək ki, Uqo Lyoris Fransa millisinin kapitanı kimi 2018-ci ildə dünya çempionluğunu da əldə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)