Aşıq Zülfiyyə İbadovanın ailə münasibətləri və boşanmalarla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sənətçi hesab edir ki, boşanmaların böyük hissəsində valideynlərin övladlarının ailə həyatına yanaşması mühüm rol oynayır. Onun sözlərinə görə, ata qızına ailəsini qorumağı tövsiyə etsə, bir çox problemin qarşısını almaq mümkün olar.
Aşıq Zülfiyyə bildirib ki, hətta qız tərəfinin qohumu olduğu halda belə, mübahisə zamanı oğlan tərəfinin mövqeyini müdafiə edər:
"Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99 faiz boşanmalar. Mən qız tərəfinin qohumu olsam da, oğlan tərəfindən danışaram, deyərəm ki, oğlan tərəfi haqlıdır. Problem qız tərəfində olur. Ata qızına bir kəlmə desə ki, sənin yerin ailənin yanıdır, o qız ailəsinə sahib çıxar və hər şey gözəl olar. Oğlan evi həqiqətən də yerindən göyə haqlıdır, qız tərəfi isə yox".
Sənətçinin bu fikirləri birmənalı qarşılanmayıb və ailə münasibətlərində tərəflərin məsuliyyəti ilə bağlı müzakirələrə yol açıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)