Türkiyəli aktyor İlyas Salman uzun müddət davam edən fasilədən sonra yenidən ictimai tədbirdə iştirak edib.
Milli.Az xəbər verir ki, sənətçi Antalyada təşkil olunan "Altın Portakal" Film Festivalının mükafatlandırma gecəsində görüntülənib. Onun tədbirə qatılması son dövrlər səhhəti ilə bağlı yayılan xəbərləri də yenidən gündəmə gətirib.
Aktyor jurnalistlərlə söhbətində film çəkilişləri zamanı ciddi xəsarət aldığını bildirib. İlyas Salman çəkiliş meydançasında baş verən qəza nəticəsində bud-çanaq sümüyünün sındığını və cərrahi əməliyyat keçirdiyini söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun üz iflici keçirməsi ilə bağlı iddialar yayılmışdı. Lakin Salman bu məlumatı təsdiqləməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)