Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.
Milli.Az APA-ya istinadən bildirir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.
Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evdəki şəxslər təxliyə edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)