Türkiyəli aktyor Mert Ramazan Demirin kamera qarşısında etdiyi qeyri-adi hərəkət gündəmə gəlib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablandıran sənətçi ağzındakı saqqızı çıxararaq əlində oynatmağa başlayıb. Aktyorun müsahibə zamanı kameralar qarşısında bu cür davranması diqqətdən yayınmayıb.
Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə yol açıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)