Müğənni Təranə Qumralın evində nümayiş etdirdiyi bahalı əşya diqqətdən yayınmayıb.
Milli.Az xəbər verir ki, aparıcı Yalçın Uğurun "Bir gün" verilişinin çəkiliş komandası sənətçinin evində olarkən çay süfrəsinin üzərindəki naxışlı məcməyi maraq doğurub.
Təranə Qumral həmin əşyanın sadəcə dekorativ aksesuar olmadığını, qızıldan hazırlandığını söyləyib. Müğənni məcməyinin dəyərinin 20 min manatı ötdüyünü də açıqlayıb.
Sənətçinin bu sözləri çəkiliş zamanı diqqət çəkən məqamlardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)