Qədim Çin sənəti olan Feng Shui-yə görə, yatağın altında yığılan bəzi əşyalar həyat enerjisini tıxayaraq şansın və yeni fürsətlərin qarşısını alır.
Milli.Az yataq otağındakı müsbət enerji (çi) axınını pozan həmin 3 əşya qrupunu təqdim edir:
1. Pis xatirələri xatırladan əşyalar: Keçmiş sevgililərə aid fotoşəkillər, kədərli xatirələr daşıyan məktublar və ya özünüzü pis hiss etdirən hədiyyələr insanı simvolik olaraq keçmişə bağlayır və yeni fürsətlərə açılmasına mane olur.
2. Xarab və qırıq əşyalar: "Bir gün təmir edərəm" düşüncəsi ilə saxlanılan xarab elektron əşyalar və ya işləməyən alətlər durğunluğu, irəliləməməyi və neqativ enerjini təmsil edir.
3. Artıq istifadə olunmayan köhnə geyim və ayaqqabılar: Köhnəlmiş paltarlar və unudulmuş çantalar keçmişə duyulan gərəksiz bağlılığı simvollaşdırır. Həmçinin gigiyena baxımından toz və xoşagəlməz qoxulara səbəb olur.
Bəs yatağın altında nə saxlamaq olar?
Feng Shui qaydalarına görə ən idealı yatağın altını tamamilə boş saxlamaqdır. Lakin yeriniz məhduddursa, yalnız təmiz yataq dəstləri və ya mövsümi tekstil məhsulları kimi yumşaq əşyalara üstünlük verməlisiniz. Bu əşyalar mütləq qapalı, toz keçirməyən qutularda saxlanılmalı və müntəzəm olaraq təmizlənməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)