"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"

22 Noyabr 2026 11:38

Müğənni Əkbər Əliyevin duet təklifləri ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

Milli.Az xəbər verir ki, "İki rəng" proqramında qonaq olan sənətçi bildirib ki, hər hansı xanım müğənni ilə duet oxumaq üçün ona müraciət edilərsə, bu əməkdaşlıq ödəniş qarşılığında baş tutmalıdır.

Əkbər birgə ifa üçün 10-15 min manat civarında qonorar nəzərdə tutduğunu deyib.

Müğənninin bu açıqlaması efirdə səsləndirildikdən sonra müzakirələrə yol açıb. Sənətçinin duet üçün tələb etdiyi məbləğ sosial şəbəkələrdə də maraq doğura bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)