Tələbənin ölümü ilə bağlı yeni təfərrüat - (Video)

15 Noyabr 2026 23:09

17 yaşlı tələbə qız yataqxanada ölüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.

TƏBİB-dən bildirilib ki, Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. "Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb". Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisə ilə bağlı Tibb Universiteti ilə də əlaqə saxladıq. Bildirildi ki, ölümün dəqiq səbəbləri bəlli olduqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)