Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı

15 Noyabr 2026 22:58

Braziliya futbolunun əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yaşıl meydanlara qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, İtaliya C Seriyasının (üçüncü divizion) XIV turunda baş verib.

Ronaldinyonun formasını geyindiyi "Ravenna" doğma meydanda "Forli" klubunu qəbul edib.

Qarşılaşmaya start heyətində başlayan braziliyalı futbolçu ilk hissə ərzində meydanda olub və 36-cı dəqiqədə komandasının ilk qolunun vurulması ilə nəticələnən kombinasiyada iştirak edib.

Görüş "Ravenna"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda C Seriyasının B qrupunda 32 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub, 2005-ci ildə isə "Qızıl top" mükafatını qazanıb.

O, karyerası ərzində "Qremio", "PSJ", "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarında çıxış edib.

Braziliyalı futbolçu peşəkar karyerasını başa vurduğunu 2018-ci ilin yanvarında elan etsə də, son rəsmi matçını 2015-ci ildə keçirmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)