Bakıda güclü külək fəsadlara səbəb olub.
Milli.Az İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.
Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Xətai rayonu, Gəncə prospekti 97 ünvanında avtomobilin üzərinə aşmış sərv ağacı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilərək ərazidən götürülüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)