PSJ rəhbərliyi növbəti transfer "bombası"na hazırlaşır.
Milli.Az mövzularından biri Arda Güler ətrafında cəmləşib. Fransa nəhəngi 21 yaşlı türk futbolçunu transfer etmək üçün 200 milyon avro dəyərində nəhəng bir təklif hazırlamağa başlayıb
Paris təmsilçisi "Real Madrid"in təklif etdiyi illik 8 milyon avroluq yeni müqavilə şərtlərini rədd etdiyi iddia edilən gənc ulduza 22 milyon avro illik maaş ödəməyə hazırdır.
Əgər bu transfer göstərilən rəqəmlə reallaşarsa, bu, "Real Madrid" tarixinin ən bahalı satışı və dünya futbol tarixinin ikinci ən bahalı keçidi olacaq.
İspaniya mətbuatının xəbərlərinə görə, Madrid təmsilçisi oyunçunun maaşını 8 milyon avroya çatdırmağı planlaşdırlaşdırsa da, Paris Sen-Jermenin təklif etйiyi maliyyə şərtləri olduqca cazibədardır.
"Real Madrid" rəhbərliyi isə Arda Gülerin komandada qalmasını istəyir və potensial təhlükələrin qarşısını almaq üçün onun müqaviləsini uzun müddətə uzatmaq və astronomik sərbəstqalma bəndi əlavə etmək niyyətindədir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)