Dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Milli.Az-ın məlumatına görə, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)