Ağstafada iki nəfər minaya düşüb, ölən var

15 Noyabr 2026 17:31

Ağstafada mina partlayışı hadisəsi baş verib. 

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Minaya düşən 1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilkin xəbəri oxu.az yayıb.