Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Milli.Az apa-ya istinadən xəbər verir ki, qəza zamanı 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-cı il Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı, 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı, 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı, 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı, 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qız və 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızı xəsarət alıblar.
İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər.
______________
Ordubadda avtobus aşıb, xəsarət alanlar var.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)