Başağrılarınız ola bilər - Xəbərdarlıq

15 Noyabr 2026 16:03

Sabaha müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 16-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.