Xalq artisti Brilliant Dadaşova ailəsi ilə bağlı səmimi etirafı zamanı duyğulu anlar yaşayıb.
Milli.Az xəbər verir ki, müsahibə verən sənətçi bacısı Sədaqət xanımdan söz açarkən kövrəlib. O, yaxınlarının heç vaxt maddi çətinlik qarşısında tək qalmalarına imkan verməyəcəyini bildirib.
" Sədaqət xanımın mənim kimi bacısı var. Heç vaxt qoymaram ki, bacılarım kiməsə möhtac olsunlar. Bu, mümkün olan şey deyil. Qızıllarımı da, Türkiyədəki evimi də pandemiya dövründə satmışam. Onları ehtiyac içində qoymamaq üçün son qəpiyimə qədər hər şeyimi satmağa hazıram", - deyə Brilliant Dadaşova göz yaşları içində danışıb.
Xalq artistinin bacılarına olan bağlılığını ifadə etdiyi bu açıqlama diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)