Rusiya Ukraynanın itkilərini yenilədi

15 Noyabr 2026 14:26

Rusiya müharibənin 1726-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 288 516 PUA-sı, 672 zenit-raket kompleksi, 31 650 tank və digər zirehli texnikası, 1 796 reaktiv yaylım atəş sistemi, 36 929 artilleriya və minaatanı, 77 243 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.