Qayınata bu yazıya görə toy günü bəyi döydü

15 Noyabr 2026 13:32

Dağıstanda bəy toy günü qayınatası tərəfindən döyülüb. 

Milli.Az xəbər verir ki, buna səbəb bəyin maşınındakı "Burada qulluqçu gedir" yazısı olub.

Gəlinin atası bu yazını görərək qəzəblənib və bəyi toy günü döyüb.

Sosial şəbəkə istifadəçilərinin və şərh yazanların əksəriyyəti gəlinin atasının hərəkətini haqlı hesab edərək onu dəstəkləyiblər.