Egey dənizində 3,8 maqnitudalı zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Muğladan 13 km aralıda, Göyova körfəzində olub. Yerlatı təkanların ocağı 8.29 km dərinlikdə yerləşib.