Kamçatkada 5 zəlzələ baş verdi

15 Noyabr 2026 09:32

Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.

"Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib", - qurumdan qeyd olunub.