Türkiyəli aktrisa Tuba Ünsalın Emir Ulusoyla münasibətinə son qoymasının səbəbi ilə bağlı yeni iddia ortaya atılıb.
Milli.Az xəbər verir ki, aktrisa ayrılıqdan sonra münasibətlərinin məsafə səbəbindən bitdiyini bildirsə də, jurnalist Bülent Cankurt fərqli məlumat yayıb. Onun sözlərinə görə, Emir Ulusoy Tuba Ünsala yaxın çevrəsindən olan bir qadınla münasibət yaşayıb.
İddialara əsasən, həmin qadın aktrisanın evinə tez-tez gedib-gələn, etibar etdiyi yaxın rəfiqələrindən biridir. Ulusoyun xəyanət etdiyini etiraf etdiyi də irəli sürülür.
Baş verənlərdən sonra münasibəti bitirmək qərarına gələn Tuba Ünsalın isə ona xəyanət edən rəfiqəsinin kimliyini açıqlamadığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)