Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)

17 Noyabr 2026 10:05

Meyxanaçı Pərviz Bülbülənin səhnəyə çıxarkən yaşadığı gözlənilməz anlar diqqət çəkib.

Milli.Az xəbər verir ki, söz ustasının səhnəyə qalxdığı zaman ayağı ilişib və o, tarazlığını itirərək yıxılma təhlükəsi ilə üzləşib. Vəziyyətdən çevik şəkildə çıxan Pərviz Bülbülə özünü itirmədən ifasına başlayıb.

Meyxanaçının baş verənlərə peşəkar yanaşması və çıxışını davam etdirməsi ətrafdakıların diqqətindən yayınmayıb. Görüntülər maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)