Türkiyə Superliqasının lideri "Qalatasaray"ın qış transfer pəncərəsində beş futbolçu ilə yollarını ayıracağı gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Leroy Sane, İlkay Gündoğan, Lesli Uqoçukvu, El Şadayl Bişabu və Kaan Ayhan komandadan göndərilə bilər. Bu futbolçuların indiyədək qol və ya məhsuldar ötürmə ilə fərqlənmədiyi qeyd olunur.
Ayrılığa ən yaxın oyunçular isə mövsümün əvvəlində icarəyə götürülən Uqoçukvu və Bişabu hesab edilir. Klub rəhbərliyinin onların yanvarda komandadan ayrılmasını planlaşdırdığı bildirilir.
Həmçinin Sane-nin ehtiyat oyunçular skamyasında qalmaqdan narazı olduğu və nümayəndələrinin "Ştutqart"la matçdan əvvəl İstanbulda danışıqlar apardığı qeyd olunur. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)