Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin mediadan uzaq həyat sürən nəvəsi Berfin Karakeçeli illər sonra yayılan fotosu ilə gündəmə gəlib.
Milli.Az bildirir ki, sənətçinin qızı Gülşən Tatlı övladının doğum gününə özəl onun fotosunu paylaşıb.
Gənc qızın gözəlliyi və sadə görünüşü sosial şəbəkələrdə maraq doğurub.
Berfin Karakeçeli təkcə görünüşüylə deyil, təhsili ilə də daha əvvəl gündəmə gəlib. Harran Universitetinin Reklamçılıq fakültəsini bitirən gənc qız təhsilini xaricdə davam etdirmək məqsədilə İngiltərənin Oksford Universitetinə müraciət edib. (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)