36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)

14 Noyabr 2026 18:51

"Eşref Rüya" serialında "Eşref Tek" obrazını canlandıran məşhur türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü diqqət çəkib.

Milli.Az bildirir ki, yay aylarında Bodrumda çəkilən fotoları ilə müqayisədə aktyorun xeyli çəki itirdiyi diqqətdən yayınmayıb.

Belə ki, Ulusoy yay tətilini keçirdiyi Bodrumda bir neçə dəfə paparatsilərin kameralarına tuş gəlmişdi. Həmin kadrlarda aktyorun xeyli kökəldiyi müşahidə olunurdu. Onun çəkisinin artması sosial şəbəkələrdə də müzakirələrə yol açmış, bu dəyişiklik "Eşref Rüya" serialındakı obrazı ilə əlaqələndirilmişdi. Lakin Çağatay Ulusoy bu barədə açıqlama verməmişdi.

Aktyorun fiziki görünüşündəki dəyişikliklə yanaşı, rol aldığı "Eşref Tek" serialı ilə bağlı da yeni məlumatlar yayılıb. Serialın yeni bölümlərinin çəkilişləri Şimali Kiprdə start götürüb.

Qeyd edək ki, 8 bölümlük ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. (Musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)