Ordubad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən Hüseynalı Hüseynalıyevin Naxçıvana gediş səbəbi məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan Hüseynalı Hüseynalıyev Naxçıvana döyüş yoldaşı və qazi dostunun toy mərasimində iştirak etmək üçün gedibmiş.
Toydan 3 gün sonra baş verən qəza nəticəsində Hüseynalı Hüseynalıyev həyatını itirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)