Almaniyanın avtomobil istehsalçısı "Audi" cəmi 499 ədəd istehsal ediləcək 987 at gücünə malik hibrid avtomobili "Nuvolari"nin ABŞ-də 700 min dollardan satışa çıxarılacağını təsdiqləyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, model Avropadakı ilk təqdimatından təxminən beş ay sonra Amerikada satışa çıxarılacaq.
Dünya üzrə cəmi 499 ədəd istehsal ediləcək "Nuvolari"nin 182 ədədi ABŞ bazarı üçün ayrılıb. İlk tədarüklərin 2028-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır.
"Nuvolari"nin ABŞ-dəki başlanğıc qiyməti 700 min dollar olaraq elan edilib. Bu rəqəm "Lamborghini Revuelto"dan təxminən 100 min dollar daha bahadır.
"Audi"nin yeni modeli "Ferrari 849 Testarossa"dan isə təqribən 150 min dollar daha yüksək qiymətə təklif olunur. Üstəlik, əlavə avadanlıq və fərdiləşdirmə seçimləri edildikcə avtomobilin yekun qiyməti daha da artacaq.
Sistemin ümumi gücü 987 at gücünə çatır ki, bu da "Temerario"dan 80 at gücü daha çoxdur. Şirkətin məlumatına görə, avtomobil 0-dan 96 km/saat (60 mil/saat) sürətə 2,5 saniyəyə çatır və maksimal sürəti 350 km/saatdan yüksəkdir.
Avtomobil 7,3 kVt/saat tutumlu batareya ilə təchiz olunub. Bu batareya "Temerario"dakı 3,8 kVt/saatlıq batareyadan təxminən iki dəfə böyükdür.
Alıcılar 60-dan çox xarici kuzov rəngi və 33 fərqli salon dəri rəngi arasından seçim edə biləcəklər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)