Azərbaycan nümayəndə heyəti beynəlxalq polis əməkdaşlığı sahəsində mühüm platformalardan biri olan AMERIPOL-un XVI Zirvə Görüşünə qatılıb.
Milli.Az xəbər verir ki, ölkəmiz tədbirdə təşkilatın müşahidəçi üzvü qismində ilk dəfə təmsil olunub. Bu iştirak Azərbaycanın beynəlxalq hüquq-mühafizə əməkdaşlığı çərçivəsində əlaqələrinin genişləndirilməsi baxımından diqqət çəkir.
Qeyd edək ki, AMERIPOL Amerika ölkələrinin polis qurumları arasında əməkdaşlığın və birgə fəaliyyətin inkişafına xidmət edən beynəlxalq təşkilatdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)