Dünya futbolunun ulduzu Lionel Messi Türkiyə millisinin üzvü Kenan Yıldıza unudulmaz sürpriz edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yuventus"da top qovan futbolçuya argentinalı əfsanə özünün son milli matçında geyindiyi və xüsusi olaraq hazırlanmış butslarını göndərib. Messi bu yolla gənc həmkarına dəyərli bir xatirə bəxş edib.
Gözlənilməz hədiyyə Kenan Yıldızı heyrətləndirib. Aldığı hədiyyədən məmnunluğunu ifadə edən futbolçu hisslərini bu sözlərlə bölüşüb:
"Emosional insan olsaydım, indi ağlayardım".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)