“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi

14 Noyabr 2026 16:49

FIBA Basketbol Çempionlar Liqasının rəsmi saytında IV turun ən yaxşı oyunçusunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən səsvermə başa çatıb.

Səsvermədə namizəd göstərilən beş basketbolçu arasında Azərbaycanın "Sabah" klubunun müdafiəçisi Cerri Bleyks də yer alıb.

Səsvermənin nəticələrinə əsasən, 52 faiz səs toplayan Bleyks turun ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, sözügedən turda "Sabah" doğma meydanda Türkiyənin "Trabzonspor" klubunu 91:72 hesabı ilə məğlub edib. Bu qarşılaşmada Bleyks 17 xal, 4 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)