Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"

14 Noyabr 2026 13:30

Müğənni Müjgan Ayxan şəxsi həyatı ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi Elgiz Əkbərin verilişində qonaq olarkən ailə qurmaq istədiyi şəxsin əslində evli olduğunu sonradan öyrəndiyini danışıb.

Müjganın sözlərinə görə, həmin şəxsin ailəli olmasından xəbərsiz olub. Hətta kişinin anası iki qadınla birlikdə onun ailəsinə elçi gəlib. Daha sonra məlum olub ki, həmin qadınların hər ikisi kişinin həyat yoldaşıdır və onu üçüncü xanım kimi ailəyə gətirmək istəyiblər.

"Keçən dəfə ailə qurmaq istədim, oğlan evli çıxdı. Ailəsi ilə maraqlanmırdı, telefonuna nə zəng, nə də mesaj gəlirdi. Haradan bilim ki, evlidir? Anası mənimlə elçiliyə gəlmişdi. Lap biabırçılıq oldu. İki xanımla gəlmişdi, məlum oldu ki, hər ikisi bunun arvadıdır. Məni də üçüncü kimi almaq istəyib", - deyə müğənni bildirib.

41 yaşlı həmin şəxsin həyat yoldaşlarının da ona bənzədiyini deyən Müjgan Ayxan həyat yoldaşı seçimində öz zövqünü də açıqlayıb. O, Özcan Deniz tipli kişiləri bəyəndiyini söyləyib.

Müğənninin bu etirafı studiyada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)