Türkiyəli müğənni Murat Bozun böyük məbləğdə pul itirməsi ilə bağlı yayılan xəbərlər sənətçinin özünün də diqqətini çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara əsasən, ifaçı səhm bazarında və investisiya fondlarına yatırdığı vəsaitin bir hissəsini itirib. Bu səbəbdən onun maliyyə məsləhətçisini dəyişdiyi də irəli sürülüb.
Sosial şəbəkələrdə geniş yayılan məlumatlara Murat Boz yumorla cavab verib. Müğənni xəbərlə bağlı təəccübünü gizlətməyərək, "Doğrudan? Bəs mənim niyə xəbərim yoxdur?" sözlərini işlədib.
Daha sonra iddialara etiraz edən sənətçi insanları əsassız dedi-qodulardan uzaq durmağa çağırıb: "İnsanların onsuz da kifayət qədər problemi var, dedi-qodudan uzaq durmaq lazımdır".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)