Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunun ərazisində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Bilal Şahgəldiyevin həmin zavodda mühafizəçi işlədiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)