83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)

13 Noyabr 2026 23:25

Amerikalı aktyor Robert De Niro həyat yoldaşı (partnyoru) Tiffani Çen ilə tədbirə qatılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-Yorkdakı tədbirdən fotolar "People" nəşri tərəfindən yayımlanıb.

Belə ki, 83 yaşlı De Niro 47 yaşlı xanımı ilə baş rollardan birini canlandırdığı yeni komediya filminin premyerasında iştirak edib.

Qeyd edək ki, Robert De Niro və Tiffani Çen ilk dəfə 2015-ci ildə, Çenin döyüş sənəti təlimatçısı kimi çalışdığı "Təcrübəçi" ("The Intern") filminin çəkiliş meydançasında tanış olublar. Onların münasibəti 2021-ci ildə başlayıb və 2023-cü ilin aprelində cütlüyün Cia Virciniya adlı qız övladı dünyaya gəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)