Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)

13 Noyabr 2026 22:56

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzasının bəzi təfərrüatı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobili toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə son günlər tez-tez avtomobil qəzaları qeydə alınır. Yerli sakinlər bunun səbəbinin həmin yolda geriyə dönmə nişanının yerinin dəyişdirilməsi olduğunu bildirirlər. Onların sözlərinə görə, nişanın yerinin dəyişdirilməsi bəzi sürücülərin çaşqınlığına səbəb olur və nəticədə qəzalar baş verir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)