Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu

13 Noyabr 2026 21:13

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.

Milli.Az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.

Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)